Ağdamda 10 milyon manata binalar tikiləcək


Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-128 üzrə binaların tikintisi işlərinə başlanılır.

Turkustan.az bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat əldə edib.

Belə ki, qurum tikinti işlərini "El-Seym İnşaat" şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.

Müqavilənin maliyyə dəyəri 10 milyon 187 min 487 manat olaraq müəyyən olunub. (Mənbə:iqtisadiyyat.az)


MANŞET XƏBƏRLƏRİ