İstanbul Baş Prokurorluğu məşhur şəxsləri hədəf alan narkotik istintaqı aparır.
Turkustan.az xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan və məşhur şəxsləri əhatə edən narkotik istintaqı çərçivəsində ötən həftə əməliyyat keçirilib. Əməliyyat zamanı Danla Bilic, Mümmine Senna Yıldız, Aleyna Tilki və İrem Sak da daxil olmaqla bir neçə nəfər nəzarətə alınıb.
Eyni əməliyyat çərçivəsində adı istintaqda hallanan, lakin xaricdə olduqları müəyyən edilən şəxslər barəsində həbs qərarı verilib. Şevval Şahin və Şeyma Subaşının ölkə xaricində olduqları və qaçqın statusunda qeydiyyata alındıqları bildirilib.
İstintaq çərçivəsində barələrində həbs qərarı verilən Melisa Döngel, Yusuf Güney və Cihan Şensözlü isə yaşadıqları ünvanlarda tapılmayıblar.
Müğənni Yusuf Güney bu gün jandarma əməkdaşları tərəfindən ifadəsinin alınması üçün prokurorluğa aparılıb. Sağlamlıq müayinəsindən sonra ondan ifadə alınıb və qan nümunəsi götürülüb. Prosedurlar başa çatdıqdan sonra onun sərbəst buraxılacağı bildirilib.
Digər tərəfdən, aktrisa Melisa Döngelin də narkotik istintaqı çərçivəsində saç və qan nümunələri götürüldükdən sonra dünən sərbəst buraxıldığı məlum olub.
Aytən Yaşar/ Turkustan.az