“AnewZ” kanalının Azərbaycana qarşı hərbi cinayətlərdə ittiham olunan və hazırda Bakıda məhkəməsi davam edən hərbi cinayəkar Ruben Vardanyan haqqında hazırladığı “The Oligarch`s Design” sənədli filmi Ermənistanda rezonans doğurub.
Turkustan.az xəbər verir ki, bununla bağlı Ermənistanın “ABC” nəşri məlumat yayıb.
Bildirilir ki, bir saat yarım davam edən film Ruben Vardanyanın Moskvanın maliyyə elitasındakı rolundan Qarabağdakı siyasi proseslərə keçid hekayəsini danışır:
“Filmdə Ruben Vardanyanın 2022-ci ildə Rusiya vətəndaşlığından imtina etməsi və “artsax” idarəçiliyindəki rolu araşdırılır.
Vardanyan haqqında danışarkən onun Avropa, NATO və Ukrayna üçün cinayətkar olduğu qeyd edilir. Onu “Putinin Troya atı” adlandırırlar və əlavə edirlər ki, Ruben Rusiyanın adamıdır”.
Ermənistan KİV hesab edir ki, bu film beynəlxalq aləmdə Vardanyanın kimliyi ilə bağlı yeni yanaşma formalaşdıra bilər. /globalinfo.az/