Avropa Birliyi (AB) Rusiyaya qarşı iqtisadi sanksiyaların daha altı ay uzadılması barədə qərar qəbul edib.
Turkustan.az xəbər verir ki, Avropa Birliyi Şurası, Ukraynadakı sabitliyi pozan hərəkətlərinə görə Rusiyaya tətbiq edilən iqtisadi tədbirlərin 31 iyul 2026-cı ilə qədər uzadıldığını açıqladı.
Bəyanatda xatırladılır ki, 2022-ci ilin fevral ayında Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Aİ sanksiyaları əhəmiyyətli dərəcədə genişləndirilib.
Aİ sanksiyaları çərçivəsində Rusiya ticarət, maliyyə, enerji (neft və kömür daxil olmaqla), sənaye, texnologiya, nəqliyyat, ikili təyinatlı və lüks mallar, eləcə də qızıl və brilyantları əhatə edən geniş məhdudiyyətlərlə üzləşir.
Sanksiyalar həmçinin Rusiyadan dəniz yolu ilə Aİ-yə xam neft və müəyyən neft məhsullarının idxalına qadağa, bəzi Rusiya banklarının beynəlxalq SWIFT ödəniş sistemindən kənarlaşdırılması və çoxsaylı yayım təşkilatlarının fəaliyyətinin dayandırılmasını da əhatə edir.
Aİ indiyə qədər Rusiyaya qarşı müharibə səbəbindən 19 sanksiya paketi tətbiq edib.
Aytən Yaşar/ Turkustan.az