Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya tərəfindən yaxın günlərdə Ukraynaya kütləvi hücum təhlükəsi ola biləcəyini açıqlayıb.
Turkustan.az “Insider UA” teleqram kanalına istinadən xəbər verir ki, Prezidentin sözlərinə görə, hücum 25 dekabr, Katolik Milad günü baş verə bilər.
“Ruslar Milad bayramında kütləvi hücuma keçə bilərlər. İnsanlar bu vaxtlarda ayıq-sayıq olmalıdırlar”, – deyə Zelenski bildirib.
O əlavə edib ki, hava hücumundan müdafiə sistemləri döyüş hazırlığı vəziyyətinə gətiriləcək, lakin bu sistemlərin çatışmazlıqları mövcuddur.
Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti tutucu dronların çatışmazlığından şikayətlənib və bunun istehsal problemləri ilə bağlı olduğunu izah edib. Zelenski bu cür dronların çox yaxşı nəticələr göstərən effektiv silah olduğunu vurğulayıb. /Globalinfo.az/