Suriyanın Hələb əyalətində Suriya ordusu ilə PKK/YPG terror təşkilatı arasında toqquşmaların baş verdiyi bildirilir.
Turkustan.az xəbər verir ki, Hələb əyalətində Suriya ordusu ilə ölkədə SDF adından istifadə edən YPG/PKK terror təşkilatı arasında toqquşmalar baş verib.
Yerli mənbələrin məlumatına görə, YPG/PKK Hələb əyalətinin Şeyhan və Leramon əraziləri yaxınlığında Suriya əsgərlərinin tutduğu mövqeyə hücum edib.
Suriya Daxili İşlər Nazirliyinin açıqlamasına görə, əvvəlcədən əldə edilən razılaşmalara baxmayaraq, Hələbin Şeyx Məqsud və Əşrəfiyyə məhəllələrindəki YPG/PKK ünsürləri Suriya ordusunun nəzarət məntəqələrinə atəş açıb.
Bəyanatda deyilir: "Bu hadisədə Daxili Təhlükəsizlik Qüvvələrinin bir üzvü və ordudan bir nəfər yaralanıb. Mülki müdafiə heyəti və mülki şəxslər arasında da xəsarət alanlar var".
Aytən Yaşar/ Turkustan.az