İtaliyanın Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayani bildirib ki, Qəzza və Fələstində mümkün yenidənqurma və ya keçid proseslərinə dəstək məqsədilə İtaliya hərbi qüvvələrinin cəlb olunması ilə bağlı Romaya müraciət edilib.
Turkustan.az xəbər verir ki, Tayani Milad bayramı ərəfəsində İtaliya əsgərləri ilə birlikdə bayramı qeyd etmək üçün Cibutidə yerləşən İtaliya Hərbi Dəstək Bazasını və orada dislokasiya olunmuş “Antonio Marseglia” freqatını ziyarət edib.
İtaliyanın ANSA xəbər agentliyinin məlumatına görə, nazir hərbçilərə müraciətində bildirib:
“Siz dünyanın müxtəlif bölgələrində xidmət edən bütün həmkarlarınız kimi sülhün daşıyıcılarısınız. İtalyan əsgərlərinə hər yerdə ehtiyac var. Gələcəkdə Qəzza və Fələstində mümkün yenidənqurma və ya keçid mərhələləri üçün İtaliya hərbi qüvvələrinin iştirakı xahiş olunur. Necə ki, Serbiya–Kosovo, eləcə də Albaniya və Monteneqro ilə bağlı proseslərdə əsgərlərimizin rolu yüksək qiymətləndirilib.”
Aytən Yaşar/ Turkustan.az