Kreml: Putin ABŞ-ın təklifləri barədə məlumatlandırılacaq


Kremlin sözçüsü Dmitri Peskov ABŞ-da Ukrayna ilə bağlı sülh danışıqlarının keçirilməsi ilə bağlı şərh verib.

Turkustan.az xəbər verir ki, Peskov jurnalistlərə bildirib ki, Rusiya prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Mayamidən Moskvaya çatan kimi prezident Putini Ukraynada güzəşt ehtimalı ilə bağlı ABŞ-ın təklifləri barədə məlumatlandıracaq.

Peskov həmçinin ötən həftə irəli sürülən "ABŞ kəşfiyyatının hesabatları Putinin bütün Ukraynanı ələ keçirmək və bir vaxtlar Sovet blokunun bir hissəsi olan Avropanın bəzi hissələrini geri almaq məqsədindən əl çəkmədiyini" iddialarına cavab verib.

Kremlin sözçüsü Peskov iddiaları irəli sürən mənbələrin nə dərəcədə etibarlı olduğunu bilmədiklərini söyləyib, lakin əlavə edib ki, "Lakin, xəbər doğrudursa, ABŞ kəşfiyyatının nəticələri qətiyyən doğru deyil".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ