Sakit başlayan müsahibədə gərginliyin yüksəldiyi an: Bunu görmürsüz?


Prezident Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Fridrix Mersi Prezident Külliyesində qəbul edib.

Turkustan.az xəbər verir ki, heyətlər arasında keçirilən görüşdən sonra Merz və Ərdoğan birgə mətbuat konfransı keçirib.

Sual-cavab zamanı Almaniya lideri Qəzza məsələsi ilə bağlı İsrailə dəstək verdikləri ilə bağlı suala "Federal dövlət qurulduğu gündən İsrailin yanında olub. Bu ölkə milyonlarla yəhudi üçün sığınacaq olub. Bu səbəbdən Almaniya hər zaman İsrailin yanında olacaq. 7 oktyabrdan bəri İsrailin yanındayıq" deyə cavab verib.

Bu sözlərdən sonra prezident Ərdoğan araya girərək, "Kanslerin çıxışının bir hissəsi ilə razılaşmıram. Təəssüf ki, bu prosesdə burada 60 mindən çox uşaq, qadın və qoca öldürülüb. Həmas-ın nə bombası, nə də nüvə silahı var. İsraildə bütün bu silahlar var. Dünən gecə bu bombalarla yenə Qəzzanı vurmaq üçün istifadə edib. Qəzza olaarq bunu görmürsünüz?"-deyə, bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ