Rusiyanın “qiyamət silahı” sınaqdan çıxdı: Onun dünyada analoqu yoxdur


Kremldən verilən məlumata görə, Rusiya prezidenti Vladimir Putin hərbi geyimdə Ukraynada döyüşən Rusiya ordusunun Birləşmiş Qüvvələr Birliyinin komanda mərkəzlərindən birinə səfər edib.

Turkustan.az xəbər verir ki, Baş Qərargah rəisi Valeri Gerasimov və münaqişə bölgəsindəki birlik komandirləri ilə görüşüb.

Rəsmilər tərəfindən döyüş bölgəsindəki vəziyyətlə bağlı məlumatlandırılan Putin çıxışında bu həftə strateji nüvə silahı təliminin keçirildiyini və qabaqcıl silah modellərinin sınaqdan keçirildiyini bildirib.

Döyüş qüvvələrinin hazırlığına toxunan Putin qeyd edib:

“Nüvə çəkindirici qüvvələrimiz müasirliyin ən yüksək səviyyəsindədir. Bütün nüvə silahına malik dövlətlərlə müqayisədə ən azı eyni, bəlkə də daha yüksək səviyyədə olduqlarını söyləmək mübaliğə olmaz.”

Rusiya prezidenti əlavə edib ki, təlim zamanı sərhədsiz mənzilli nüvə güclü qanadlı raket “Burevestnik”in sınağı ilə bağlı Müdafiə Nazirliyi və müdafiə sənayesi rəsmilərindən hesabat alıb:

“Bu silah dünyada bənzəri olmayan unikal bir məhsuldur,” – Putin bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ