Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın gələcəkdə sammitin keçirilə biləcəyini istisna etmədiklərini bildirib.
Turkustan.az xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərlə cari məsələləri müzakirə edib.
“Macarıstanın paytaxtı Budapeştdə Putinlə Tramp arasında keçirilməsi planlaşdırılan zirvə görüşü ABŞ-ın NATO və Avropadakı müttəfiqlərinin hərəkətləri və ya başqa səbəblərə görə ləğv edilibmi?” sualını cavablandırarkən. Peskov sammitin keçiriləcəyi tarixlə bağlı ABŞ ilə razılığın əldə olunmadığına diqqət çəkib.
"Bu baxımdan razılaşdırılmamış bir şeyi pozmaq çox çətindir. Nə Tramp, nə də Putin sadəcə görüşməklə vaxt itirmək istəmir. Bu görüşün məhsuldar olması üçün liderlərin razılaşdırdığı kimi, hər iki ölkənin xarici işlər nazirlikləri səviyyəsində iş aparılmalıdır", - Peskov bildirib.
Aytən Yaşar/ Turkustan.az