Trampdan Putinə: Görək hələ 6 ay ərzində nələr olacaq!


Tramp Putinin sanksiyalarla bağlı açıqlamasını istehza ilə şərh etdi.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən Rusiya Prezidenti Vladimir Putinin ABŞ-ın yeni sanksiyalarının Rusiya iqtisadiyyatına ciddi təsir etməyəcəyi ilə bağlı açıqlamasını şərh edib.

Tramp qeyd edib:

“Onun belə düşünməsinə şadam. Bu, yaxşıdır. Altı aydan sonra vəziyyəti yenidən müzakirə edəcəyik. Hər şeyin necə olacağını görəcəyik.”

Bildirək ki, çərşənbə günü ABŞ Maliyyə Nazirliyi Rusiyanın iki ən böyük neft şirkəti – “Rosneft” və “Lukoyl”a qarşı sanksiyalar tətbiq edib. Eyni zamanda Vaşinqton Moskvanı Ukraynada atəşkəs razılaşmasına dərhal əməl etməyə çağırıb.

Ağ Ev cümə axşamı bildirib ki, bu yeni sanksiyalar Rusiya iqtisadiyyatına ciddi təzyiq göstərəcək və digər ölkələri Rusiyanın enerji resurslarını almaqdan çəkindirəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ