Zelenski: Ən çətin məsələ ərazi olacaq, amma əvvəlcə atəşi dayandırmalıyıq


Prezident Vladimir Zelenski sülh danışıqları zamanı ən çətin məsələnin ərazilər məsələsi olacağını deyib, lakin o, ilk növbədə atəşkəsə nail olunmasının vacibliyini vurğulayıb.

Turkustan.az xəbər verir ki, bunu dövlət başçısı Ağ Evdə ABŞ prezidenti Donald Trampla danışıqlardan sonra keçirilən brifinqdə deyib.

"Mövqeyimiz ondan ibarətdir ki, gəlin əvvəlcə atəşkəs əldə edək ki, danışıqlar masasına oturaq, danışaq, mövqelərimizi anlayaq. Məncə, bu, çox vacib ilk addımdır", - Zelenski bildirib.

Onun sözlərinə görə, Tramp bu mövqeyi başa düşür.

“Düşünürəm ki, prezident (ABŞ Donald Tramp – red.) bunu başa düşür, çünki istənilən formatda istənilən danışıqlarda ən çətin məsələ yenə də əraziyə aid olacaq”, - deyə Zelenski bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ