HƏMAS-dan İsrailə: Avadanlığın içəri buraxılmasına icazə verilmir


Oktyabrın 10-da İsrail və HƏMAS arasında əldə olunan atəşkəs razılaşmasından sonra əsir mübadiləsi başlayıb.

Turkustan.az xəbər verir ki, HƏMAS bildirib ki, israilli məhbusların cəsədlərinin qaytarılması İsrailin texnikanı əraziyə buraxmaqdan imtina etməsi səbəbindən gecikib.

Həmas yazılı açıqlamada, "İsrailli məhbusların bəzi cəsədləri İsrailin bombardmanları nəticəsində dağıdılan bina və tunellərin dağıntıları altında qalıb. Bu gecikmə İsrailin xilasetmə vasitələrinin Qəzzaya girməsinə icazə verməməsi ilə əlaqədardır" deyib.

Tapa bildikləri bütün cəsədləri təhvil verdiklərini, lakin qalan qalıqları çıxarmaq üçün lazımi cihaz və avadanlıqların hələ də mövcud olmadığını bildirən Həmas, "Gecikmədən tamamilə İsrail hökumətinin məsuliyyət daşıdığını vurğulayırıq" dedi.

Həmas sözçüsü Hazem Qasim açıqlamasında ikili standartları tənqid edərək, beynəlxalq ictimaiyyətin Qəzzada dağıntılar altında qalan on minlərlə fələstinlinin cəsədlərinə qarşı bir neçə İsrail əsgərinin cəsədlərinə qarşı həssaslıq göstərmədiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ