Tramp: HƏMAS atəşkəsə əməl etməsə, müharibə yenidən başlayacaq


ABŞ prezidenti Donald Tramp bildirib ki, HƏMAS atəşkəs razılaşmasına əməl etməsə, İsrail "nə vaxt desə" müharibəni yenidən başlada bilər.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Qəzzada atəşkəslə bağlı ABŞ mətbuatına açıqlama verib.

CNN-ə danışan Tramp bildirib ki, HƏMAS atəşkəs razılaşmasına əməl etməsə, İsrail “nə vaxt bunu desə” Qəzza küçələrinə qayıda bilər.

"HƏMAS-la baş verənlər tez bir zamanda həll olunacaq", - ABŞ prezidenti bildirib.

Donald Tramp bildirib ki, HƏMAS Qəzzada quldur dəstələrinə qarşı mübarizə aparır.

Oval Ofisdə mətbuatın suallarını cavablandıran Tramp, HƏMAS-ın silahlarını yerə qoymasını istədiklərini ifadə edərək, HƏMAS-ın silahlarını yerə qoyacağı təqdirdə ABŞ ordusuna ehtiyac olmayacağını bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ