Kiyev ən azı daha üç il döyüşməyi planlaşdırır və Avropa bütün bu müddət ərzində Ukraynanı dəstəkləməyə hazır olmalıdır.
Turkustan.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.
Londonda çıxış edən Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Avropa ölkələrini Kiyevi dəstəkləmək üçün “kursda qalmağa” çağırıb.
"Ukraynalılar bu müharibəni üç il ərzində ağıllı şəkildə planlaşdırır. Və biz Putini inandırmalıyıq ki, ən azı üç il ərzində bu kursa sadiq qalmağa hazırıq”, - Sikorski bildirib./publika.az