Trampdan Uitkoffa: Gəlin diqqəti Rusiyaya yönəldək!


ABŞ prezidenti Donald Tramp Yaxın Şərqdə sülh sazişi bağladıqdan sonra komandasının Ukraynadakı müharibəyə son qoymaq üçün ruslarla danışıqlara fokuslanmasını istəyir.

Turkustan.az xəbər verir ki, bunu o, bazar ertəsi İsrail Knessetində çıxışı zamanı deyib.

Çıxışı zamanı Tramp komandasına da müraciət edərək, İranla razılaşmaq istədiyini qeyd edib: “Bu sövdələşməni asanlaşdıracaqsınız”.

Bununla belə, Tramp davam edib, “ilk öncə Rusiya ilə razılaşmaq lazımdır”.

Eyni zamanda ABŞ prezidenti özünün xüsusi nümayəndəsi Stiv Vitkoffa müraciət edərək qeyd edib: "Biz bundan nəticə çıxarmalıyıq. Əgər zəhmətiniz yoxdursa, Stiv, gəlin əvvəlcə Rusiyaya diqqət yetirək".

Qeyd edək ki, bazar ertəsi ABŞ prezidenti Donald Tramp İsrail və Misirə planlaşdırılan səfərlərlə bağlı Yaxın Şərqdədir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ