Rusiya: Trampın Qəzza planı həyata keçərsə, Fələstin dövləti qurulmalıdır


Rusiya Xarici İşlər Naziri Sergey Lavrov ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı planının həyata keçirilməsindən sonra Fələstin dövlətinin qurulması prosesinin başlanmalı olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Lavrov paytaxt Moskvada ərəb ölkələrindən gələn jurnalistlərlə görüş keçirib.

Jurnalistlərin suallarını cavablandıran Lavrov Trampın Qəzza planını "masadakı ən yaxşı təklif" kimi dəyərləndirsə də, bu planın Fələstin məsələsini tamamilə həll etmədiyini vurğulayıb.

Lavrov həmçinin qeyd edib:

"Ümid edirik ki, bütün razılaşmalar yerinə yetiriləcək və bu proses Fələstin dövlətinin qurulması ilə nəticələnəcək."

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ