İsrailin baş naziri Benyamin Netanyahunun Misirdə keçiriləcək Şarm əl-Şeyx Sülh Sammitinə qatılmayacağı bildirilir.
Turkustan.az xəbər verir ki, İsrail Baş Nazirliyinin Mətbuat İdarəsindən verilən yazılı açıqlamada, ABŞ prezidenti Donald Trampın Qəzzada qüvvəyə minən atəşkəs razılaşması ilə bağlı Netanyahunu Şarm əl-Şeyxdə keçiriləcək sammitə dəvət etdiyi bildirilib.
Dəvətə görə Trampa təşəkkür edən Netanyahunun "tətilin başlamasına yaxın olduğu üçün sammitə qatıla bilməyəcəyini" bildirdiyi bildirilib.
İsrailin baş naziri əvvəllər Şarm əl-Şeyx Sülh Sammitinə dəvət olunmamışdı. Lakin Trampın müdaxilə edərək Netanyahunu dəvət etdiyi bildirilir.
Misir prezidentinin sözçüsü Məhəmməd əl-Şənəvi bu gün Netanyahunun Şarm əl-Şeyx Sülh Sammitində iştirak edəcəyini açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az