Zelenski: "Putin hər an dünya müharibəsini başlada bilər"


Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinin dünya müharibəsinə başlama riskinin “çox yüksək” olduğunu deyib.

Turkustan.az xəbər verir ki, Zelenski paytaxt Kiyevdə keçirdiyi mətbuat konfransında yerli və xarici jurnalistlərin suallarını cavablandırıb.

Zelenski Rusiya ordusunun ölkəsinə qarşı hava hücumlarını davam etdirdiyini və son vaxtlar Ukraynada enerji infrastrukturlarının hədəfə alındığını bildirib.

O, bildirib ki, son bir ayda ruslar təkcə Poltava, Çerniqov və Sumı vilayətlərində enerji infrastrukturuna 1500 dəfədən çox hücum ediblər.

Rusiya ordusunun məqsədinin noyabrda Donetsk bölgəsini tamamilə ələ keçirmək olduğunu müdafiə edən Zelenski bölgənin Dobropilya şəhəri istiqamətində ruslara qarşı başlatılan əks-hücum nəticəsində bu planın iflasa uğradığını bildirib.

Rusların indi Pokrovsk şəhərini ələ keçirmək üçün sıx səy göstərəcəklərini şərh edən Zelenski, “Rusiya rəhbərliyi ordusuna Pokrovsk şəhərini təcili olaraq ələ keçirmək tapşırığını verib” dedi.

Zelenski Rusiyanı müharibəni bitirməyə məcbur etmək üçün ona qarşı uzaq məsafəli hücumlara davam etdiklərini ifadə edərək, bu mövzuda ABŞ-ın dəstəyinə ehtiyac duyduqlarını vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ