İsrail hökumətini atəşkəslə razılaşmağa sövq etmək üçün siyasi iradə nümayiş etdirən ABŞ Prezidenti Donald Tramp başda olmaqla, razılaşmanın əldə olunmasında dəstək verən qardaş ölkələr - Qətər və Misirə səmimi təşəkkürümü bildirirəm.
Turkustan.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Türkiyə olaraq razılaşmanın icrasını yaxından izləyəcək və prosesə töhfə verməyə davam edəcəyik.
Eyni zamanda, 1967-ci il sərhədləri əsasında, paytaxtı Şərqi Qüds olmaqla, müstəqil, suveren və coğrafi cəhətdən inteqrasiya olunmuş Fələstin dövləti qurulana qədər mübarizəmizi davam etdirəcəyik”, - Ərdoğan bildirib.
Qeyd edək ki, Prezident Trampın təklif etdiyi plan əsasında HƏMAS və İsrail arasında razılaşma imzalanıb./axar.az