Adnanın adamlarından ŞOK: məlumatlar silinir, izlər bu ölkələrə aparır – FOTOLAR


SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini, hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadə ilə bağlı istintaq hərəkətlərinin davam etdiyi bir müddətdə onun özü və arxasında duran qüvvələrin fəaliyyəti diqqəti də cəlb edir.

Turkustan.az xəbər verir ki, “Adnan işi” çərçivəsində onun adamları tərəfindən bəzi məlumatların silinməsi və ya gizlədilməsi faktı müşahidə olunur.

Belə ki, dünya gündəmində rezonans doğuran bu proseslə bağlı istintaq orqanları tərəfindən mediaya informasiya verilmədiyi üçün araşdırmaçılar müxtəlif metodlarla məlumatlar tapmağa çalışırlar.

“Google” axtarış sisteminə Adnan Əhmədzadənin adını daxil etdikdə, maraqlı mənzərə ortaya çıxıb:

WhatsApp Image 2025 10 09 at 12.59.46

Məlum olur ki, məsələ ilə bağlı həqiqətlərin daha geniş auditoriyaya çıxmasının qarşısını almaq məqsədilə A.Əhmədzadənin arxasında duran qüvvələr “Google”a müraciət edərək bəzi məqalələrin gizlədilməsinə nail olublar.

Araşdırma zamanı müraciətlərin 30 sentyabr, 5 oktyabr və 6 oktyabr tarixlərində edildiyi məlum olub. Ən maraqlısı budur ki, həmin müraciətlərin kimin tərəfindən edildiyi gizli saxlanılsa da, İspaniyaAlmaniya ərazisindən olunduğu müəyyən edilib.

WhatsApp Image 2025 10 09 at 13.00.10

https://themalteseherald.com/2025/09/20/adnan-ahmadzada-arrested-in-azerbaijan-over-oil-fraud/

WhatsApp Image 2025 10 09 at 13.01.23

https://themalteseherald.com/2025/09/30/the-azeri-press-confirm-that-ther-majority-shareholder-of-alkagesta-kamran-agayev-is-adnan-ahmadzadas-cousin/

WhatsApp Image 2025 10 09 at 13.02.08

https://oxu24.com/az/kriminal/142721/adnan-ehmedzade-isinde-sok-ad

Qeyd edək ki, həmin qüvvələr “The Maltese Herald” nəşrində gedən yazıların “Google” axtarış sistemindən silinməsinə nail olsa da, “Oxu24.com”-dakı məqaləni axtarış zamanı hələ də görmək olur.

globalinfo.az


MANŞET XƏBƏRLƏRİ