İsrail atəşkəsə baxmayaraq Qəzzaya hücumlara davam edir


ABŞ prezidenti Trampın İsrail və HƏMAS-ın Qəzzada atəşkəs razılaşmasını təsdiqlədiyini açıqlamasına baxmayaraq, İsrail ordusu bu gün səhər saatlarında Qəzzaya hücumunu bərpa edib.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın İsrail və HƏMAS-ın Qəzzada atəşkəsin birinci mərhələsini təsdiqlədiyini açıqlamasına baxmayaraq, İsrail Qəzzaya hücumlarını davam etdirir.

Tramp administrasiyasının atəşkəs planının qəbul edilməsindən saatlar sonra bu səhər Qəzza zolağında tüstü qalxıb.

Bu arada İsrailin baş naziri Binyamin Netanyahunun bu gün Nazirlər Kabinetinin iclasından sonra sazişi imzalaması gözlənilir.

“Bu o deməkdir ki, BÜTÜN girovlar tezliklə azad ediləcək və İsrail güclü, davamlı və əbədi sülhə doğru ilk addımlar olaraq razılaşdırılmış xətt üzrə qoşunlarını geri çəkəcək”, - Tramp dünən axşam deyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ