Avropada hamı razıdır ki, dondurulmuş aktivlər Rusiyaya qaytarılmayacaq - Latviya XİN


Latviyanın xarici işlər naziri Baiba Braže bildirib ki, Avropada hamı Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın bərpası və yenidən qurulması üçün istifadə edilməli və Rusiyaya qaytarılmaması ilə razılaşır.

Turkustan.az xəbər verir ki, o, bu barədə Riqa konfransında bildirib.

"Avropada hamı bu pulun Rusiyaya qayıtmayacağı ilə bağlı yekdil fikirdədir. Nə adlandırırıqsa, o, Ukraynanın bərpası və yenidən qurulması üçün istifadə edilməlidir. Bu, bizim razılaşdığımız ən vacib məsələdir. Qalanı texnika məsələsidir", - Latviyanın xarici işlər naziri deyib.

Braje qeyd edib ki, bu vəsaitlərdən istifadə mexanizmi artıq həll yollarını təklif edən peşəkarlar və bankirlər tərəfindən hazırlanmalıdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ