Asle Sveen: Tramp Nobel almayacaq, buna 100 faiz əminəm


Norveç Nobel Komitəsi nüfuzlu Nobel Sülh Mükafatının qalibini müəyyən etmək üçün bazar ertəsi yekun iclasını keçirib.

Turkustan.az xəbər verir ki, Nobel İnstitutu bu qərarın ABŞ-ın keçmiş prezidenti Donald Trampın bu il mükafat almaq ehtimalını demək olar ki, istisna etdiyini bildirib.

Bu, onu göstərir ki, mükafatın qalibi və ya qalibləri Trampın təşəbbüsü ilə İsrail və HƏMAS arasında əldə olunan razılaşmadan əvvəl müəyyən edilib. Tramp açıq şəkildə bildirib ki, o, Nobel Sülh Mükafatına layiq olduğunu düşünür.

Nobel İnstitutunun sözçüsü Erik Aasheim bildirib:
“Nobel Komitəsinin yekun iclası bazar ertəsi baş tutub.”

Tramp son açıqlamalarında qeyd edib ki, əgər Nobel Sülh Mükafatına layiq görülməzsə, bu, “ABŞ üçün böyük bir təhqir” olacaq.

Lakin Nobel tarixçisi Asle Sveen bildirib ki, Trampın vasitəçiliyi ilə əldə olunan İsrail-HƏMAS razılaşması 2025-ci il Nobel Sülh Mükafatı ilə bağlı qərara heç bir təsir göstərməyəcək, çünki müvafiq qərar artıq verilib.

“Tramp bu il mükafatı qazana bilməyəcək. Mən buna 100 faiz əminəm,” – deyə, tarixçi vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ