HƏMAS və İsrail Misirin Şarm əl-Şeyx şəhərində keçirilən danışıqlarda razılığa gəliblər.
Turkustan.az xəbər verir ki,Misir mətbuatı atəşkəsin imzalandığını və saat 12:00-da qüvvəyə mindiyini bildirib .
Xarici İşlər Nazirliyi atəşkəs razılaşmasını alqışladığını açıqlayıb. Açıqlamada, “Ümid edirik ki, atəşkəs iki ildir davam edən soyqırımı sona çatdıracaq”.
Mövcud vəziyyətlə bağlı açıqlama verən İsrail ordusu razılaşmanın müsbət qarşılandığını və Qəzzada olan qoşunların geri çəkilməyə hazırlaşdığını bildirib.
Dünya regiondan gələn xəbərlərə kökləndiyindən bir çoxları maraqlanır ki, hansı ölkələr müharibənin bitməsini istəyir, hansılar isə “müharibə”nin tərəfdarıdır. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Qəzza münaqişəsində dərhal, qeyd-şərtsiz və daimi atəşkəs elan edilməsini tələb edən qətnamə qəbul edib. Baş Assambleyada səsə qoyulan qətnamə 193 ölkədən 153-nün dəstəyini qazandı və yalnız 10-u tərəfindən rədd edildi.
Aytən Yaşar/ Turkustan.az