Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyadakı hərbi bazaların funksionallığının yenidən qurulmasının vacib olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, o qeyd edib ki, Rusiyanın Suriyadakı mövcudluğu qanuni hökumətə müxalif qüvvələrə qarşı hərbi dəstək məqsədi daşımır.
Lavrov bu fikirləri “Körpülər və Şərq” media layihəsinə verdiyi müsahibəsində səsləndirib. Nazir Rusiya ilə Suriya arasındakı münasibətləri dəyərləndirərək bildirib ki, Moskva Suriya ilə əməkdaşlığa davam etməyə hazırdır:
"Suriya ilə başlanan bütün layihələrin davam etdirilməsinin tərəfdarıyıq. Lakin bu layihələr yeni şərtlərə uyğun şəkildə tənzimlənməlidir. Bu, Suriyadakı hərbi bazalarımıza da aiddir."
Lavrov prezident Vladimir Putinin dəfələrlə Rusiyanın Suriya hökumətinin iradəsinə zidd hərəkət etməyəcəyini vurğuladığını xatırladıb:
"Belə anlaşılır ki, Suriya hökuməti və bölgədəki bəzi ölkələr bizim oradakı varlığımızın qorunub saxlanmasını istəyir. Təbii ki, Suriyadakı mövcudluğumuz müxalif qüvvələrə qarşı hərbi dəstək məqsədi daşımır. Baza funksiyalarının yenidən qurulması vacibdir".
Aytən Yaşar/ Turkustan.az