Cəbrayıl uğrunda döyüşlərin gizlinləri – VİDEO


4 oktyabr 2020-ci il. Cəbrayılın itirilməsi rəsmi İrəvan üçün ciddi zərbə oldu: şəhər təkcə müdafiə nöqtəsi deyil, həm də Araz vadisi boyunca müdafiə xətlərinin açarı hesab olunurdu.

Ermənistan tərəfindən Cəbrayılın itirilməsi Azərbaycan Silahlı Qüvvələri üçün düşmən dərinliyinə əməliyyatlar aparmaq və Füzuli istiqamətinə təzyiq göstərmək imkanları demək idi.

Bunu anlayan Ermənistan hərbi-siyasi rəhbərliyi Azərbaycan Ordusunun cənub cəbhəsində sürətli irəliləyişi fonunda, habelə Cəbrayıl da daxil olmaqla ətraf yaşayış məntəqələrində möhkəmlənməsinin qarşısını almaq məqsədilə Horadiz-Nüzgar xətti ilə əks-hücuma əl atır.

Azərbaycan Ordusunun Vətən müharibəsi zamanı həyata keçirdiyi Cəbrayıl əməliyyatı barədə bu və digər məlumatlar Baku TV-nin “Qarabağ xronikası” verilişinin yeni buraxılışında.


MANŞET XƏBƏRLƏRİ