Kəlbəcər şəhəri və Eyvazlı kəndində kiçik su eletrik stansiyalarının (KSES) tikintisi, həmçinin yeni qurulacaq stansiyaların enerjisistemə inteqrasiyası həyata keçiriləcək.
Turkustan.az xəbər verir ki, bununla bağlı "Azərenerji" ASC "Electro İndustries" QSC ilə müqavilə bağlayıb. Müqavilənin şərtlərinə əsasən, "Electro İndustries" QSC görəcəyi işlər qarşılığında 36 milyon 150 min 496,13 manat alacaq.
Müvafiq işlərin icrasına bu gündən start verilib, gələn ilin oktyabr ayına qədər başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, "Electro İndustries" QSC 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2000 manat olan şirkətin qanuni təmsilçisi Qurbanov Emin Telman oğludur. /teleqraf.az/