Xəbər verdiyimiz kimi Düşənbədə, Kohi Somon iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü keçirilir.
Turkustan.az rus mətbuatına istinadən xəbər verir ki, Outin Əliyevə görüşə AZAL aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı vəziyyətin müzakirəsi ilə başlamağı təklif edib.
O, İlham Əliyevlə söhbətində AZAL təyyarəsi ilə baş vermiş faciənin Rusiyanın hava məkanında yaşandığına görə üzr istədiyini xatırladıb.
Putin görüş zamanı İlham Əliyevə AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə ən səmimi başsağlığını bir daha ifadə edib.
Kremlin sahibi AZAL təyyarəsinin qəzaya uğramasını o cümlədən havada Ukrayna pilotsuz uçuş aparatının olması ilə əlaqələndirib.
Rusiya Prezidenti dəqiqləşdirib ki, AZAL təyyarəsi ilə bağlı faciənin baş verdiyi gün Rusiya sərhədini keçmiş üç Ukrayna pilotsuz uçuş aparatını “izləyirdi”.
Putin bildirib ki, Rusiyanın HHM sistemi tərəfindən buraxılmış iki raket AZAL təyyarəsini birbaşa vurmayıb, bir neçə metr aralıda partlayıb./Bizim.Media