Dünyanın ən bahalı burgeri satışa çıxarıldı: 11 min dollar...


Kabrera del Mardakı “Asador Aupa” restoranı dünyanın ən bahalı və eksklüziv burgerini təqdim edib.

Turkustan.az Yeniavaz.com-a istinadla xəbər verir ki, onu birbaşa sifariş etmək mümkün deyil.

Qiyməti 11 min dollar olan unikal yeməyi yalnız dəvətlə əldə etmək olar.

KİV-in məlumatına görə, bu burgerin yaradılması üçün səkkiz illik araşdırma və təcrübə aparılıb və onun dəqiq tərkib hissəsi gizli saxlanılır.

Məlum olan odur ki, yüksək qiymət yeməli qızıl kimi dəbdəbəli inqrediyentlərə görə deyil, inqrediyentlərin keyfiyyətinə, unikal qastronomik təcrübəyə və eksklüzivliyə bağlıdır.

“Menyuda yoxdur. Rezervasiya mümkün deyil. Dadmaq üçün yanlız seçilmişlər buraxılır”, - məlumatda deyilir.

Bununla belə, məlumdur ki, dəvət olunan qonaqlar ayrı otaqda qəbul edilir, onlara dünyanın üç ən yaxşı ətindən, Avropanın ən eksklüziv pendirindən hazırlanmış burger və xüsusi sous verilir.


MANŞET XƏBƏRLƏRİ