Almaniya şübhəli dronlara qarşı hərəkətə keçdi – yeni müdafiə planı yaradılır


Almaniya PUA təhdidinə qarşı müdafiə mərkəzi qurur.

Turkustan.az xəbər verir ki, Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt təhlükə yaradan pilotsuz uçuş aparatlarına (PUA) qarşı yeni müdafiə tədbirlərini açıqlayıb. Berlində keçirilən mətbuat konfransında nazir bildirib ki, ölkədə PUA təhdidlərinə qarşı müştərək müdafiə mərkəzi yaradılacaq.

Yeni mərkəzdə əyalət polis idarələri ilə Federal Polis birgə fəaliyyət göstərəcək. Bundan əlavə, Federal Polis nəzdində ayrıca PUA əleyhinə bölmə və tədqiqat-inkişaf (Ar-Ge) şöbəsi də qurulacaq.

Dobrindt Federal Polis Qanununa dəyişiklik təkliflərinin Nazirlər Şurası tərəfindən təsdiqləndiyini, və bu dəyişikliklərin polisə təhlükə hesab edilən dronlara müdaxilə və onları zərərsizləşdirmə səlahiyyəti verəcəyini bildirib.

Almaniya hökuməti həmçinin ölkə daxilində şübhəli dronlarla mübarizə məqsədilə Hava Təhlükəsizliyi Aktını yeniləməyi və bu prosesdə ordunun dəstəyindən istifadə etməyi planlaşdırır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ