Vuçiçdən Türkiyə ilə bağlı şok iddia...


İndi tamamilə aydındır ki, Türkiyə Osmanlı İmperiyasını bərpa etmək arzusundadır.

Turkustan.az xəbər verir ki, bu iddia ilə Serbiya Prezidenti Aleksandr Vuçiç özünün X səhifəsində çıxış edib.

O bildirib ki, Türkiyə minlərlə "Skydagger" kamikadze dronunu tanınmamış Kosovaya köçürməklə BMT nizamnaməsini pozur.

Qeyd edək ki, oktyabrın 8-də Kosovanın Baş naziri Albin Kurti türk PUA-larının ölkəyə çatdırıldığını açıqlayıb. Onların təhvil verilməsi əvvəlcə gələn ilin yanvarına planlaşdırılsa da, daha tez başa çatdırılıb. /axar.az/


MANŞET XƏBƏRLƏRİ