HƏMAS bəyan edib ki, Qəzzada atəşkəs və məhbus mübadiləsi ilə bağlı Şarm əl-Şeyxdə keçirilən danışıqlarda Türkiyə, Qətər və Misirin iştirakı İsrailin baş naziri Binyamin Netanyahunun manevr imkanlarını məhdudlaşdırıb.
Turkustan.az xəbər verir ki, HƏMAS Siyasi Bürosunun üzvü İzzət ər-Rişq Telegram hesabında verdiyi açıqlamada Qəzzada atəşkəs üçün Misirin Şarm əl-Şeyx şəhərində aparılan danışıqları xatırladıb.
Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın, Qətərin Baş naziri və Xarici İşlər Naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani və Misir Kəşfiyyat İdarəsinin direktoru Həsən Mahmud Rəşadın danışıqlarda iştirakına diqqət çəkən Rışk bunları qeyd edib:
Qətərin Baş naziri Al Thani, eləcə də Milli Kəşfiyyat Təşkilatının direktoru Kalın və Misir Kəşfiyyat Direktoru Rəşadın Şarm əl-Şeyxdəki danışıqlar raundunda iştirakını alqışlayırıq. Bu iştirak müharibəni bitirmək üçün müsbət nəticələr əldə etmək üçün danışıqlara güclü təkan verəcək, eyni zamanda Netanyahunun danışıqlara xələl gətirərək hücumlarını davam etdirmək üçün manevr imkanlarını məhdudlaşdıracaq.
ABŞ prezidenti Donald Trampın Qəzza planının icrası ilə bağlı HƏMAS və İsrail nümayəndə heyətləri arasında bazar ertəsi Şarm əl-Şeyxdə başlayan dolayı danışıqlar davam edir.
Təhlükəsizlik mənbələri MİT direktoru Kalının da Qəzzada atəşkəsə nail olmaq üçün Şarm əl-Şeyxdəki danışıqlara qatılacağını bildirib.
Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari də Qətər Baş naziri Əl Taninin Qəzzada atəşkəs üçün davam edən danışıqlarda iştirak etmək üçün Misirə gedəcəyini açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az