ABŞ prezidenti Donald Tramp deyib ki, Çikaqo meri Brandon Conson və İllinoys ştatının qubernatoru JB Pritzker “təhlükəsizliyi gücləndirmək” üçün Çikaqoya göndərilən Milli Qvardiyaya qarşı olduqları üçün həbs edilməlidir.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Tramp Truth Social hesabından verdiyi açıqlamada Çikaqo şəhəri və İllinoys ştatını hədəf alıb.
"Çikaqonun meri ICE zabitlərini qorumadığı üçün həbsdə olmalıdır. Qubernator Pritzker də belə olmalıdır", - Tramp deyib.
Trampın açıqlamasının federal administrasiyaya təhvil verilən Texasdakı Milli Qvardiyanın Çikaqoya yola düşməsindən bir gün sonra gəlməsi diqqət çəkib.
Aytən Yaşar/ Turkustan.az