HƏMAS Trampın təklifini qismən qəbul etdi


HƏMAS ABŞ prezidenti Donald Trampın Qəzza planında məhbus mübadiləsini qəbul edib, eyni zamanda bəzi digər müddəaların müzakirə edilməsinə ehtiyac olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Həmas yazılı açıqlamada Trampın planını məsuliyyətlə qiymətləndirdiyini bildirib.

HƏMAS İsrailin hücumlarına son qoyulması və Qəzza zolağından tamamilə çıxarılmasının təmin edilməsi üçün şərtlər yerinə yetirildiyi təqdirdə bütün israilli məhbusları azad etməyə razılaşdığını açıqlayıb və bununla bağlı təfərrüatları müzakirə etmək üçün dərhal vasitəçilərlə danışıqlara başlamağa hazır olduğunu bəyan edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ