Qəzzaya humanitar yardım aparan Qlobal Sumud Donanması İsrail əsgərlərinin hədəfinə çevrilib.
Turkustan.az xəbər verir ki, izləmə məlumatlarına görə, İsrail qüvvələri donanmada olan 44 gəmidən 21-ni qanunsuz olaraq ələ keçirib, daha 19 gəmini isə nəzarətə götürüb.
İsrail əsgərləri tərəfindən saxlanılan türk fəalların sayı 37-yə yüksəlib. Bu hadisələr fonunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məsələ ilə bağlı ilk açıqlamasını verib.
Prezident Ərdoğan hücumu kəskin tənqid edərək bildirib:
“Bu quldurluğu lənətləyirəm. Türkiyə bütün ümid yolçularının yanındadır. Netanyahunun sülhə dözümünün olmadığı bir daha ortaya çıxdı”.
Aytən Yaşar/ Turkustan.az