Ruslar Xarkovu vurdu: Ölü və yaralılar var


Rus ordusu Balakliyaya raket zərbəsi endirib.

Turkustan.az xəbər verir ki, Rusiya işğalçı qüvvələri Xarkov vilayətinin Balakliya şəhərinə raket zərbəsi endirib. Bu barədə vilayət dövlət administrasiyasının rəhbəri Oleq Sinequbov Telegram hesabında məlumat verib.

Onun sözlərinə görə, hücum nəticəsində 70 yaşlı bir qadın həlak olub, 79, 78, 60 və 35 yaşlı dörd qadın isə yaralanıb.

Zərbədən sonra bir nəfərdə də kəskin stress reaksiyası müşahidə olunub.

Yaralıların hamısı xəstəxanaya yerləşdirilib və onlara tibbi yardım göstərilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ