Həmasın Qəzza planına ilk reaksiyası Ağ Ev tərəfindən açıqlandı


Dünyanın gözü dünən axşam Ağ Evdə keçirilən zirvə görüşünə yönəlmişdi.

Turkustan.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi 20 maddəlik plan İsrailin Baş naziri Binyamin Netanyahu tərəfindən qəbul olunub və toplantıda Qəzzanın gələcəyi müzakirə edilib.

Trampın açıqlamasına HƏMAS dərhal reaksiya verib. HƏMAS-ın yüksək rütbəli rəsmisi Mahmud Mərdavi bildirib ki, Trampın planı qeyri-müəyyən məqamlarla doludur və heç bir hüquqi təminat təqdim etmir.

Mərdavi qeyd edib:
“HƏMAS və ümumilikdə müqavimət qüvvələrinin məqsədi azadlıq və müstəqillikdir. Trampın planı Fələstin Dövlətinin tanınması istiqamətindəki prosesi ləngitmək məqsədi daşıyır. Planın içərisində açıqlanan bəndlər qeyri-müəyyəndir və heç bir təminat vermir. Fələstin xalqına öz müqəddəratını təyin etmə hüququnu tanımayan heç bir təklifi qəbul etməyəcəyik və bu barədə ABŞ-la və digər Fələstin qrupları ilə müzakirə aparmayacağıq.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ