Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsrailin İordan çayının qərb sahilini ilhaq planlarına qarşı sərt mövqe nümayiş etdirib.
Turkustan.az xəbər verir ki, BƏƏ-nin BMT-dəki daimi nümayəndəsi və xüsusi nümayəndə Lana Nasibe "Times of Israel" qəzetinə verdiyi müsahibədə bildirib ki, bu addım regional inteqrasiyanı əngəlləyəcək və iki dövlətli həll prosesini məhv edəcək.
"İlhaq mənim hökumətim üçün qırmızı xəttdir. Bu, nə bölgədə davamlı sülhə imkan verər, nə də əməkdaşlığa. İki dövlətli həll isə yeganə real çıxış yoludur", – deyə, Nasibe vurğulayıb.
Onun sözlərinə görə, İsrailin ilhaq siyasəti bölgədə gərginliyi artırmaqla yanaşı, Fələstin məsələsində diplomatik səyləri də dalana dirəyə bilər.
Aytən Yaşar/ Turkustan.az