Rusiya və Hindistanın yeni planı: Danışıqlar başladı


Rusiya Federal Hərbi və Texniki Əməkdaşlıq Agentliyinin rəhbəri Dmitri Şuqayev S-400 hava hücumundan müdafiə sistemlərinin əlavə tədarükü üçün Hindistanla danışıqlar apardıqlarını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Şuqayevin açıqlamaları Rusiyanın TASS xəbər agentliyində dərc olunub.

Şuqayev Hindistanın S-400 sistemlərinə malik ölkələr arasında olduğunu qeyd edərək: "Bu sahədə əməkdaşlığımızı genişləndirmək imkanımız var. Bu, yeni tədarüklər deməkdir. Hazırda bununla bağlı danışıqlar mərhələsindəyik" dedi.

Hindistan Müdafiə Nazirliyinin iyunun 27-də verdiyi açıqlamada S-400 və Su-30 tipli döyüş təyyarələrinin göndərilməsinin Rusiya rəsmiləri ilə müzakirə edildiyi bildirilib.

Rusiya Hindistanla aparılan geniş danışıqlardan sonra əldə olunan razılaşmaya əsasən, S-400-lərin ilk partiyasını 2021-ci ildə təhvil verməyə başlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ