"Bizə dedilər ki, silah veririk, onlarla döyüşün" - Tbilisi merindən şok sözlər


​​Əgər Gürcüstan Rusiyaya qarşı ikinci cəbhə açsaydı, Qərb Qafqaz respublikasını silahla təmin edərdi.

Turkustan.az xəbər verir ki, bunu hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze deyib.

"Ölkədə ikinci cəbhə açmaq məqsədilə baş nazirin kabinetində birbaşa təhdidlər, şantajlar, təhqirlər olub. Söz verirlər ki, biz sizə hər şeydə kömək edəcəyik, lazımi avadanlıqla təmin edəcəyik və sairə. Təbii ki, bunun sübutu var, lazım gəlsə, hərəkətə keçəcəyik, amma yenə də olduğu kimi qalmaq ölkənin mənafeyinə uyğundur".

Gürcü siyasətçi onu da xatırladıb ki, Qərb tərəfdaşları tərəfindən şantaj bu günə qədər davam edir. “İndi onlar Gürcüstan hakimiyyətini Avropa İttifaqı ilə vizasız rejimi dayandırmaqla qorxudurlar”, - Kaladze qeyd edib. /Publika.az/


MANŞET XƏBƏRLƏRİ