Tramp: “İsrail jurnalistlərin girişinə icazə verməlidir


ABŞ prezidenti Donald Tramp İsrailin beynəlxalq jurnalistlərin Qəzzaya girməsinə icazə verməsini görmək istədiyini bildirib.

Turkustan.az xəbər verir ki, Tramp Oval ofisdə keçirdiyi mətbuat konfransında mətbuat mənsublarının Qəzzaya daxil olması məsələsinə münasibət bildirib.

"Jurnalistləri Qəzzaya buraxmaq üçün İsrailə təzyiq edəcəksinizmi?" sualına Tramp "Bunun olmasını istərdim. Jurnalistlərin içəri girməsinə heç bir etirazım yoxdur. Əgər jurnalistsinizsə, orada müsahibələr vermək təhlükəli ola bilər və siz bunu bilirsiniz, amma mən bunun olmasını istərdim" cavabını verib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ