ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə Helsinkidə baş tutacaq görüşdən sonra cümə günü yenidən görüşəcək.
Turkustan.az xəbər verir ki, iki liderin avqustun 15-də Alyaskada keçiriləcək görüşündə Rusiya-Ukrayna müharibəsi əsas müzakirə mövzusu olacaq.
ABŞ prezidenti Tramp Rusiya lideri Putinlə görüşündən atəşkəs əldə ediləcəyinə ümid etdiyini ifadə edərək, “Putinlə görüşümün yaxşı keçəcəyini düşünürəm, amma pis də gedə bilər” deyib.
Tramp görüşdən ümidli olduğunu və bu müharibənin bir an əvvəl bitməsini istədiyini ifadə edərək, Putinlə görüşün "çox konstruktiv" olacağına inandığını, lakin nəticəsini hələlik bilmədiyini vurğulayıb.
"Mən Vladimir Putinlə görüşəcəm və ona deyəcəyəm: Siz bu müharibəni bitirməlisiniz", - ABŞ prezidenti bildirib.
Çıxışının bir yerində Tramp Alyaska yerinə “Rusiyaya gedəcəm” desə də, sonrakı açıqlamalarında Putinin Amerika torpağına gələcəyini və bunun “şərəfli” bir şey olduğunu bildirib.
Tramp Putinlə görüşünün atəşkəsə gətirib çıxaracağına ümid etdiyini vurğulayıb, lakin görüşdən nə gələcəyini və Putinin nəyi nəzərdə tutduğunu hələ bilmədiyini qeyd edib. O, "Məncə, Putinlə görüşüm yaxşı keçəcək, amma pis də gedə bilər" dedi.
Bildirək ki, iki lider sonuncu dəfə 2018-ci ildə Finlandiyanın paytaxtı Helsinkidə görüşüb.
Aytən Yaşar/ Turkustan.az