İsrail Nazirlər Kabinetinin Qəzzanın tam işğalı planını təsdiqləməsinin ardından Xarici İşlər Nazirliyi yazılı açıqlama yayıb.
Turkustan.az xəbər verir ki, bəyanatda deyilir: "İsrailin Qəzzada hərbi əməliyyatını genişləndirmək qərarını ən sərt şəkildə qınayırıq . Bu qərar fələstinliləri zorla köçürmək məqsədi daşıyır".
İsrail Təhlükəsizlik Kabineti Qəzza zolağının şimalında yerləşən Qəzza şəhərinin işğalı üçün yeni planı təsdiqləyib. Baş nazir Benyamin Netanyahunun ofisi kabinetin baş nazirin Qəzza şəhərinin işğalı təklifini təsdiqlədiyini açıqlayıb.
İsrail Nazirlər Kabinetinin qalmaqallı qərarı dünyanı şoka salsa da, Türkiyə də ilk reaksiyasını verdi. Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, "İsrailin bölgədəki genişlənmə və soyqırım siyasətinin yeni mərhələsini təşkil edən Qəzzada hərbi əməliyyatını genişləndirmə qərarını ən sərt şəkildə qınayırıq" dedi.
Aytən Yaşar/ Turkustan.az