ABŞ Senatı Venesuelaya birbaşa hücumlar üçün Konqresin təsdiqini tələb edən qanun layihəsini rədd edib.
Turkustan.az xəbər verir ki, “The Wall Street Journal”ın (WSJ) məlumatına görə, ABŞ prezidenti Donald Tramp administrasiyasının Konqresin təsdiqi olmadan Venesuelaya qarşı hərbi əməliyyata başlamasının qarşısını almaq məqsədi daşıyan qanun layihəsi demokratlar və respublikaçı senatorlar Rand Pol və Liza Murkovskinin dəstəyinə baxmayaraq, 51 əleyhinə 49 səslə rədd edilib.
Demokrat senator Tim Kaine, "Gəmilərə hücum? Məsələ bu deyil. Məsələ Prezidentin suveren bir dövlətə qurudan hücum ehtimalını müzakirə etməsidir" dedi.
Lakin respublikaçı senator Lindsey Graham, "Maduronun (Prezident Nikolas) dövründə Venesuela ekzistensial təhlükə yaradır. Düşünürəm ki, Prezident Trampın bunu dayandırmaq üçün istifadə etmək istədiyi hər cür təsir imkanları var".
Aytən Yaşar/ Turkustan.az