Tramp əmr verdi: Nigeriyaya müdaxilə planları hazırlandı


“The New York Times” qəzeti Trampın Nigeriyada xristianlara qarşı hücumlara qarşı hərəkətə keçmə əmrindən sonra ABŞ ordusunun üç fərqli plan hazırladığını yazıb.

Turkustan.az xəbər verir ki, “The New York Times” qəzetinin yazdığına görə, ABŞ-ın Afrika Komandanlığı (AFRICOM) “yüngül, orta və ağır” üç mərhələli müdaxilə planı hazırlayıb və Pentaqonun Birgə İdarə Heyətinə təqdim edib.

Tramp həftə sonu özünün “Truth Social” sosial şəbəkəsindəki paylaşımında yazıb ki, Nigeriya hökuməti “xristianların öldürülməsinə göz yummağa davam edərsə”, Vaşinqton bütün yardımları kəsəcək və “lazım gələrsə, ölkəyə müdaxilə edəcək”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ