Cəbhədən dünyaya: Rəhimov qardaşlarının Vətən müharibəsində izi


Vətən müharibəsinin başa çatmasından beş il ötür. Azərbaycanın igid övladları sırasında Şəki şəhərində doğulmuş Rəhimov qardaşlarının da adları xüsusi qürurla çəkilir.

Üç qardaşdan biri polkovnik-leytenant Nəymət Rəhimov Azərbaycan Ordusunda, digərləri Ruslan və Rəsul Rəhimov isə jurnalist kimi Vətən müharibəsində iştirak ediblər.

Polkovnik-leytenant Nəymət Rəhimov Cəmşid Naxçıvanski adına Hərbi Liseyin və Heydər Əliyev adına Ali Hərbi Məktəbin məzunudur. O, Vətən müharibəsində Füzuli, Xocavənd və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Göstərdiyi şücaətə görə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. O, həmçinin “Müharibə veteranı” statusu və “Milli Ordunun veteranı” medalı ilə də mükafatlandırılıb.

Qardaşlardan Ruslan və Rəsul Rəhimov Türkiyənin “Anadolu” Beynəlxalq Xəbər Agentliyinin Azərbaycan nümayəndəliyində fəaliyyət göstərirlər. Onlar müharibənin ilk günlərindən ön cəbhənin ən qaynar nöqtələrindən reportajlar hazırlayaraq, Azərbaycanın haqq səsini təkcə Türkiyə deyil, dünyanın aparıcı media orqanlarına da çatdırıblar.

Rəhimov qardaşlarının peşəkar fəaliyyəti Müdafiə naziri, general-polkovnik Zakir Həsənov tərəfindən yüksək qiymətləndirilib. Onlar “Fəxri Fərman” və “Hərbi əməkdaşlığa görə” döş nişanı ilə təltif olunublar.

Bir ailənin üç övladının eyni zamanda Vətən uğrunda mübarizədə iştirak etməsi Azərbaycan xalqının vətənpərvərliyinin və dövlətə sədaqətinin nümunəsi kimi dəyərləndirilir.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ