Cənubi Koreya Şimali Koreyanın Yapon dənizi (Şərq dənizi) istiqamətində naməlum ballistik raket atdığını bildirib.
Turkustan.az xəbər verir ki, Yonhap-ın məlumatına görə, Cənubi Koreya Birləşmiş Qərargah Rəisləri (JCS) bəyanat yayaraq, yerli vaxtla saat 12:35-də Şimali Koreyanın Şimali Pyonqan əyalətindəki Taegvan bölgəsindən ballistik raketin buraxıldığını bildirib.
Açıqlamada, atılan raketin növü və mənzili ilə bağlı detalların təhlil edildiyi, lakin mövzu ilə bağlı əlavə təfərrüatlara yer verilmədiyi vurğulanıb.
Açıqlamada, mümkün atışlara qarşı müşahidə fəaliyyətlərinin artırıldığı və ordunun ABŞ və Yaponiya ilə yaxından məlumat paylaşmağa davam etdiyi bildirib.
Aytən Yaşar/ Turkustan.az