Almaniya Baş Qərargah rəisi, general Karsten Breuer Almaniyanın Rusiya ilə hərbi münaqişənin qarşısını almaq üçün öz hərbi gücünü gücləndirməli olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, silahlı Qüvvələrinin modernləşdirilməsi və şəxsi heyətinin artırılması istiqamətində səylərini davam etdirən Almaniya Berlində “Almaniya Silahlı Qüvvələrinin yenidən qurulması” adlı konfrans keçirib. Konfransın ikinci günündə çıxış edən Baş Qərargah rəisi Karsten Breuer bəyan edib ki, Almaniyanın Rusiya ilə hərbi münaqişənin qarşısını almaq qabiliyyəti öz hərbi gücünü artırmaqdadır.
Breuer: "Rusiya heç vaxt NATO, hətta bir NATO üzvü dövlətlə müharibədə qalib gələcəyini düşünməməlidir" dedi. Ukraynadakı müharibəni "bizim müəllimimiz" adlandıran Karsten, "Rusiya tez bir qələbə ümidi ilə səhv hesabladı. Almaniya Ukraynada qazandığı təcrübədən istifadə edəcək və buna əsaslanaraq öz strategiyalarını inkişaf etdirəcək. Rusiyanın bir daha belə bir səhv hesablama aparmasının qarşısını almalıyıq" dedi.
Aytən Yaşar/ Turkustan.az